Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov bildirib.
O bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır:
“Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiada qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırlamışıq”.