Olimpiadada fərqlənən idmançıların mükafatı məlum oldu

Baxış sayı: 2. 403 dəfə baxılıb.

Olimpiadada fərqlənən idmançıların mükafatı məlum oldu

window._ttzi = 128;var script = document.createElement(“script”);script.src = “https://adributor.tv/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edilib. 

ÇıxışYolu.Com xəbər verir ki, dövlət başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən olunub:

– Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat

– İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat

– Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat

– Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər.

www.ÇıxışYolu.Com