Olimpiadanın ilk günündə Azərbaycan qızıl medal qazandı – YENİLƏNİB

Baxış sayı: 2. 900 dəfə baxılıb.

Argentinanın paytaxtı Buenos Ayresdə start götürən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ilk günü Azərbaycan üçün yaxşı başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, cüdoçumuz Vüqar Talıbov (66 kq) finalda rusiyalı rəqibini ippona salaraq Azərbaycana qızıl medal qazandırıb.

Olimpiadanın ilk günündə Azərbaycan qızıl medal qazandı – YENİLƏNİB

22:51

Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları start götürüb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu gün Azərbaycan Olimpiya komandasından cüdo, stolüstü tennis, idman gimnastikasi və taekvondo idman növləri üzrə idmançılar mübarizəyə qoşulub. 

Cüdo yarışlarında 44 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova VII olub. 66 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə Yəmən, Tacikistan və Dominikandan olan rəqiblərini məğlub edərək finala çıxıb və özünə azı gümüş medalı təmin edib. Onun finaldakı rəqibi rusiyalı Abrek Naquçev olacaq.

Qeyd edək ki, III dəfə keçirilən bu Olimpiadada 17 idmançımız mübarizə aparır.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com