5b41b1cf-5470-4e30-b083-b8d7e87d2758..jpg

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3×3 basketbol millisi Vətənə dönüb – FOTO

Baxış sayı: 345 dəfə baxılıb.

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3×3 basketbol millisi Vətənə dönüb
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi
uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Vətənə
dönüb.

“Report”un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
qazanan komandanın qarşılanma mərasimi Heydər Əliyev Beynəlxalq Hava Limanında
baş tutub.

Mərasimdə Azərbaycan Basketbol Federasiyasının rəsmiləri, media mənsubları,
azarkeşlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Olimpiya Təsnifat turnirinin finalında Polşa üzərində 18:17
hesablı qələbə qazanan 3×3 basketbol millimiz olimpiadaya lisenziya əldə edən
ilk komanda kimi Azərbaycan tarixinə düşüb.

Daha çox şəkil burada: PhotoStock.az

Source link