“Olimpiakos” – “Qəbələ” oyununun hakimləri bəlli olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində
keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Cixisyolu.com xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi
“Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri
idarə edəcəklər.
Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və
Endryu Neteri kömək edəcəklər.
Qeyd edək ki, noyabrın 29-da Pireydəki Georgios Karaiskakis adına stadionda
baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.