Yüngül atletika üzrə ikiqat olimpiya çempionu, keniyalı Devid Rudişa ciddi qəzadan sonra sağ qalıb.
Bu barədə 30 yaşlı idmançı öz Twitter səhifəsində yazıb.
Kenyans.co.ke nəşrinin məlumatına görə, D.Rudişanın avtomobili təkərin partlaması nəticəsində avtobusla toqquşub. İdmançı xəstəxanaya çatdırılıb, lakin onun heç bir xəsarət almadığı aşkarlanıb və o, evə buraxılıb.
“Şənbə günü axşam Kerokedə, Kilqorisdəki evimə qayıdan yolda mən dəhşətli qəzaya düşmüşəm. Avtobudsla toqquşandan sonra sağ qalmışam. Mən yaxşıyam, heç bir xəsarət almamışam. Dualarınız üçün minnətdaram!”, – deyə D. Rudişa hadisə barədə təəssüratlarını paylaşıb.
Keniyalı idmançı ikiqat olimpiya çempionudur (2012, 2016) və 800 metrlik qaçışda (2011, 2015) ikiqat dünya birincisidir. Bu məsafədə o, rekord qırıb.