Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.
Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci ildə baş vermiş zəlzələ və sunami faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq.
Olimpiya məşəli Yaponiyada 121 gün gəzdiriləcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com