Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani növbəti dəfə dünya çempionu titulunu qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İngiltərənin Mançester şəhərində keçirilən mundialda bütün rəqiblərini məğlub edib.
Bir gün öncə dayanq üzərinə çıxan iranlı legionerimiz finaladək ardıcıl olaraq kubalı Xose Komasa (17:4), fransalı İsmael Buzid Suiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib.
O, bu gün baş tutan finalda Apostolos Telikostoğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibinə 22:12 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə dünya çempionatını qızıl medalla bitirib.
Qeyd edək ki, daha öncə Fəridə Əzizova (-67 kq) yığmamıza bürünc medal qazandırıb.
Səbuhi MUSAYEV