2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı növbəti ilin dövlət büdcəsi açıqlanıb.
ÇıxışYolu.Com Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunun üçün 10 milyon manat büdcədən ayrılıb.
Bundan başqa, XVI yay Paraolimpiya Oyunlarında iştirak xərcləri üçün 700 min manat, fiziki və əqli qüsurlu idmançıların idman yarışlarında iştirakı üçün 800 min manat vəsait nəzərdə tutulub.
Səbuhi Musayev