“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a sürpriz etməyi düşünmürəm

Baxış sayı: 2. 396 dəfə baxılıb.

“Olimpiya”nın baş məşqçisi: “Qarabağ”a sürpriz etməyi düşünmürəm

Bakıya ilk dəfə gəlmirəm. 17 yaşadək futbolçular arasında Azərbaycanda təşkil olunan dünya çempionatı zamanı Serbiya millisinin baş məşqçisi kimi səfər etmişdim.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu sözləri Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la sabah keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Qarabağ”ın bütün yoldaşlıq matçlarına baxıb:

“Rəqibə hansısa sürpriz etməyi düşünmürəm. Biz daim öz oyun üslubumuzu yaxşılaşdırmaq haqqında fikirləşirik. Cavab matçında daha yaxşı çıxış etməyi planlaşdırırıq”.

www.ÇıxışYolu.Com