Ölkədə ölüm və doğum azalıb

Ölkədə ölüm və doğum azalıb

Baxış sayı: 9. 618 dəfə baxılıb.

Cari ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb.

ÇıxışYolu.Com xəbər verir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib.

Doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvarında doğulanların sayı 241 nəfər azalıb. 

2018-ci ilin yanvar ayında ölkədə 5284 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. 

Ölənlərin sayı 2017-ci ilin yanvar ayı ilə müqayisədə 801 nəfərə – 13,5 faiz azalıb. 

.
www.ÇıxışYolu.Com