3d0c8ad3-5c34-4afb-a324-5da5ed8ab55f..jpg

Ölkə daxilində daşınan yüklər necə sığortalanmalıdır? – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 462 dəfə baxılıb.

Ölkə daxilində daşınan yüklər necə sığortalanmalıdır? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İçərisində tonlarla süd olan maşında problem
yaranıb və süd yola dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisənin bölgələrin birində baş verdiyi
bildirilir.

Bu hadisə ölkə daxilində daşınan yüklərin sığorta edilib-edilməməsini gündəmə
gətirir.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirib ki, Azərbaycanda bu
sahədə vəziyyət ürəkaçan deyil. Üstəlik, bu, könüllü sığorta növü olduğundan
həm şirkətlər, həm də yük sahibləri bəzən buna biganə yanaşırlar. Amma
beynəlxalq təcrübədə yüklərin sığortalanmasına xüsusi önəm verilir.

Ekspertin sözlərinə görə, tərəflər arasında bağlanan müqavilə şərtlərinə
əsasən yüklərə təminat verilir.

Bəzi yüklərin daşınma riski çox yüksək olduğundan əksər şirkətlər onları
sığortalamaqdan imtina edirlər.

Sığorta haqqı isə yüklərin risklilik dərəcəsindən, daşındığı ərazidən və
məsafədən asılı olaraq dəyişir.

Ətraflı süjetdə:


Source link