Ölkə üzrə pensiyaların maliyyələşdirilməsi başa çatıb

Ölkə üzrə pensiyaların maliyyələşdirilməsi başa çatıb

Baxış sayı: 6. 759 dəfə baxılıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi tam başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, bütün ölkə üzrə pensiyaların bayramaqədərki günlərdə maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb.

Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub.

Ümumiyyətlə, pensiyaların maliyyələşdirilməsinə mart ayı üçün 297,0 milyon manat vəsait köçürülüb.

Ötən illərdə olduğu kimi, cari ildə də Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda özünü göstərən mütəmadi artım, habelə Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini bayrama qədər həyata keçirməyə imkan verib.

.
www.ÇıxışYolu.Com