Ölkədə avtomobil benzini istehsalında - REKORD

Ölkədə avtomobil benzini istehsalında – REKORD

Baxış sayı: 2. 232 dəfə baxılıb.

Cari ilin üç ayında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 712,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 0,6 faiz azalıb. 

ÇıxışYolu.Com Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 5,5 faiz, yanacaq mazutunun istehsalı 89,9 faiz azalıb. 

Avtomobil benzininin, dizel yanacağının, sürtük yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb. 

2018-ci ilin yanvar-mart aylarında 307,6 min ton avtomobil benzini, 477,8 ton dizel yanacağı istehsal edilib. 

.
www.ÇıxışYolu.Com