Bəzi sığorta növləri var ki¸ əhali onları tanıyır və geniş istifadə edir. Digər növlərin istifadəsi müəyyən səbəblərdən asılıdır.
Bunu ÇıxışYolu.Com-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatında sığorta inkişaf etməyib:
“Səbəbi risklərin hesablanmasının çətin olmasıdır. Bu da kənd təsərrüfatının vergidən azad edilməsi, orada hansısa mühasibatlılığın olmamasından irəli gəlir.
Sığorta şirkəti məhsulunu satmaq üçün kəndlinin mülkiyyətinin hesabatını, mühasibatlılığını bilməlidir. Bunlar olmadığından bu seqment inkişaf etmir.
Hazırda kənd təsərrüfatı sığortası haqqında qanunun qəbulu gözlənilir. Qanunun qəbulundan sonra kənd təsərrüfatının sığortası yeni mərhələyə qədəm qoyacaq. Ümumiyyətlə, bu il sığorta bazarında çoxsaylı yeniliklər olacaq”.