Ölkədə spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF

Ölkədə spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF

Baxış sayı: 2. 383 dəfə baxılıb.

Rusiya Federal Qanununun N171-FZ – “Etil spirt, alkoqol və alkoqollu məhsulların istehsalının və dövriyyəsinin dövlət tərəfindən tənzimlənməsi və spirtli məhsullarının istehlakını məhdudlaşdırmaq haqqında” maddəsinə əsasən, axşam və gecə saatlarında spirtli içkilərin satışı qadağan edilib.

Dövlət ciddi şəkildə vətəndaşların spirtli içkilərdən həddindən artıq istifadə etməsinə qarşı mübarizə aparmaq niyyətində olduğunu bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, statistik məlumatlara əsasən, son bir neçə il ərzində Rusiyada spirtli içkilərin istifadəsi ilə bağlı əlverişsiz vəziyyət mövcuddur.

XX əsrin əvvəllərinə nisbətən adambaşına istehlak edilən spirtin miqdarı artıb. Ancaq ən narahatedici məqam odur ki, spirtli içkilərə meyil daha çox gənclərdə, xüsusilə də yeniyetmələrdə müşahidə olunur.

Məhz buna görə millət vəkilləri müəyyən vaxtlarda spirtli içkilərin sərbəst satışı ilə bağlı məhdudiyyətlər və qadağalar tətbiq edən bir sıra qanunvericilik təşəbbüsləri hazırlayıb qəbul edirlər.

Statistik göstərici kimi qeyd edək ki, Azərbaycanda 2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,8 faiz üstələyərək 2691,3 milyon manata çatıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat  dövründə ticarət şəbəkəsində 2691,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 137,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Maraqlıdır, görəsən, Azərbaycanda da “tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqindən sonra günün müəyyən saatlarında spirtli içkilərin satışı məhdudlaşdırıla bilərmi?

Məsələ ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov Rusiya ilə müqayisədə Azərbaycanda spirtli içkilərə marağın daha aşağı səviyyədə olduğunu deyib.

O bildirib ki, əgər zərurət olsa, bizdə də belə bir qanunun tətbiqinə ehtiyac yarana bilər:

Ölkədə spirtli içkilərin satışı məhdudlaşdırılsın – TƏKLİF

“Elə qanunlar var ki, zərurət yarandığı halda qəbul olunur. Sadəcə olaraq, Rusiyada Azərbaycanla müqayisədə spirtli içkilərə olan meyil daha çoxdur. Məhz bu səbəbdən həmin qanuna ehtiyac var. Azərbaycana gəldikdə isə, deyə bilərəm ki, spirtli içkilərə meyil o qədər də çox deyil. Bununla yanaşı, ölkəmizdə yaşı 18-dən aşağı olan vətəndaşlara həmin içkilərin satışı qadağan edilib. 

Bunun özü spirtli içkilərin dövriyyəsini məhdudlaşdıran amildir. Belə hesab edirəm ki, bu qanunun Azəərbaycanda tətbiqinə o qədər də gərək yoxdur. Bir daha fikrimi konkretləşdirərək bildirmək istəyirəm ki, indiki halda spirtli içkilərlə bağlı tətbiq olunan qaydalar hələlik cəmiyyətdəki proseslərə uyğundur.

Digər tərəfdən, razıyam ki, müəyyən saatlarda, əsasən də gecə saatlarında spirtli içkilərin satılması bədbəxt hadisələrin, cinayət hadisələrinin yaranmasına səbəb olur. Bu məntiqlə yanaşdıqda, fikrimcə, günün bu saatlarında spirtli içkilərin satışının məhdudlaşdırılması daha uyğun olar”.

Əlavə olaraq, yaşı 18-dən aşağı olan şəxslərin mağazalara spirtli içki almaq üçün göndərildiyi məsələsinə də toxunan deputat bildirib ki, həmin satışı həyata keçirən şəxslərlə bağlı ciddi tədbirlər görülməli və məsuliyyətə cəlb olunmalıdır.

.
www.ÇıxışYolu.Com