73c303ec-3ec2-4668-98e1-904b2298fbf1..jpg

“Ölkəmizə düşməncəsinə siyasət yeridənlərin başqa dövlətlərə təsirinin qarşısını almalıyıq” – ŞƏRH + FOTO

Baxış sayı: 819 dəfə baxılıb.

“Ölkəmizə düşməncəsinə siyasət yeridənlərin başqa dövlətlərə təsirinin
qarşısını almalıyıq” – ŞƏRH + FOTO

“Azərbaycan Prezidenti İlham Əliyevin təkcə Avropa Birliyinin yox, bütövlükdə
qərbin üç aparıcı dövlətindən biri sayılan Almaniyaya səfəri ikitərəfli
əlaqələrin möhkəmləndirilməsi, bəzi anlaşılmazlıqların aradan qaldırılması
baxımından önəmli idi. Bununla bərabər, Avropada guya dost olduqlarını
bildirib, ancaq İran kimi bizə qarşı düşməncəsinə siyasət yeridənlər də var ki,
bu yöndə eyni qurumda yer aldıqları dövlətlərə təsir etməyə çalışırlar. Söhbət
ilk növbədə Fransadan gedir. Biz nə qədər mümkündürsə, Fransanın ilk növbədə
böyük dövlətlərə o cür təsirlərinin qarşısını almalı, onları bizim regionda
yeritdiyi avantürist siyasətə şərik etməyə qoymamalıyıq”.

Bu fikirləri Cixisyolu.com-a Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərinin
nəticələri haqqında danışarkən Milli Məclisin deputatı, Azərbaycan-Almaniya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüSahib Alıyev deyib. O qeyd
edib ki, Azərbaycan Fransa kimi dövlətlərin məqsədli siyasətinin qarşısını ala
bilir:

“Məsələn, İtaliya bizim regiondakı proseslərə yanaşmada heç də Fransanın
mövqelərini bölüşmür. İkinci Qarabağ savaşına qədər Almaniya da bölüşməyib. Son
zamanlarsa, açığını deyək ki, bu dövlətin mövqeyində elə də xoşa gəlməyən
dəyişikliklər olduğu sezilməkdə idi. Özəlliklə Almaniya Kansleri Olaf Şoltsun
Paşinyanla birgə keçirdiyi mətbuat konfransında Qarabağdakı haylarla bağlı
dedikləri beynəlxalq normalara uyğun olmadığı üçün qətiyyən qəbul edilə
bilməzdi. Ancaq İlham Əliyevin həm Prezident Frank-Valter Ştaynmayer ilə geniş
tərkibdə görüşü zamanı, həm də Kansler Olaf Şoltsla keçirdiyi birgə mətbuat
konfransında hər iki Almaniya rəsmisinin Azərbaycanın ərazi bütövlüyünü
tanıdığını və Ermənistanla sülh anlaşmasının məhz bu prinsip əsasında
bağlanmasını istədiyini deməsi, təbii ki, bizim üçün çox önəmli idi. Elə bu
faktın özü Azərbaycan Prezidentinin Almaniyaya səfərinin uğurla keçdiyini
göstərir”.

Deputat vurğulayıb ki, səfər zamanı 30 alman şirkətinin Azərbaycanda enerji,
rəqəmsal texnologiya, nəqliyyat, infrastruktur, logistika, gəmiçilik, daşınma,
inşaat, kənd təsərrüfatı, irriqasiya və sair sahələrdə əməkdaşlığa böyük maraq
göstərdikləri üzə çıxdı. Bu isə ancaq alqışlana bilər:

“Çünki alman şirkətləri bir qayda olaraq yüksək keyfiyyətli işləri ilə
fərqlənir. Həmin şirkətlərdən bəzilərinin təmsilçilərinin ölkəmizdəki biznes
mühiti haqqında xoş sözləri də məncə, təkcə son dövrlərdə Azərbaycanda aparılan
islahatlara verilən qiymət kimi yox, həm də yeni investisiyaların təşviqində
böyük rol oynayacaq məqam kimi qiymətləndirə bilərik.

Bu səfərdə ən önəmli məqamlardan biri də Almaniyanın Azərbaycandan yaşıl
enerji ixracında maraqlı olmasını bildirməsi idi. İndi dünyada Avropaya
hidrogen və yaşıl enerji idxalında maraqlı olan bir çox dövlət var. Ancaq
Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın
da bildirdiyi kimi, burada uğurlu logistikanın təşkili əsasdır ki, o baxımdan
da Azərbaycan çox yaxşı mövqedədir. Hətta deyə bilərik ki, digərlərindən bir
addım öndədir”.

Aysel Aslan

Source link