Bu gün Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təsis olunması ilə bağlı Milli Olimpiya Komitəsində Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, AMİF-in prezidenti, millət vəkili Sevinc Hüseynova bildirib ki, ötən il təsis olunmuş federasiya artıq mərkəzi qərargahı Belçikanın Antverpen şəhərində olan Beynəlxalq Məktəb İdmanı Federasiyasının üzvüdür:
“2018-ci ildə Azərbaycan ilk dəfə 2-9 may tarixlərində Mərakeşdə keçiriləcək XVII Yay Gimnaziya Oyunlarında iştirak edəcək, 10-dan artıq idman növündə təmsil olunacaq.
Ümumilikdə isə beynəlxalq miqyasda belə federasiyalar 43 idman növü üzrə fəaliyyət göstərir”.
Nazir Azad Rəhimov bildirib ki, bu, artıq qeydiyyatdan keçmiş 84-cü idman federasiyasıdır. O qeyd edib ki, bu federasiyanın yaranmasına ehtiyac vardı.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com