Ölkəmiz Rusiyanın ən böyük pomidor tədarükçüsü oldu

Ölkəmiz Rusiyanın ən böyük pomidor tədarükçüsü oldu

Baxış sayı: 6. 522 dəfə baxılıb.

2017-ci ildə Rusiya təzə pomidor idxalını 11 faiz artıraraq 516 min tona çatdırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb. 

Bildirilir ki, dekabr ayında Rusiyaya 57,9 min ton pomidor ixrac edilib. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 35 faiz çoxdur. 

Statistikaya görə, 2017-ci ildə Rusiya ən çox Azərbaycandan pomidor alıb. Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə – 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) artıb.

.
www.ÇıxışYolu.Com