Ölkəmizdə quş ətinin qiyməti arta bilər? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyədə toyuq ətinin qiyməti 200 faiz bahalaşıb. Bunun qarşısını almaq üçün
hökumət müəyyən addımlar atmağa başlayıb.
Belə ki, Türkiyə Ticarət Nazirliyi quş ətinin ixracına müvəqqəti qadağanı
nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb.
Maraqlıdır, bu hal ölkəmizdə quş ətinin qiymətinin artması ilə nəticələnə
bilər?
Məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan verilişlərin birində
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası
İctimai Birliyinin sədri Mürvət Həsənli, ölkəmizin Türkiyədən quş əti idxalının
çox az olduğuna görə qardaş ölkədə son baş verənlərin Azərbaycana təsiri
olmayacağını deyib.
O, ölkəmizdə quş ətinə illik hesabatın 160-170 min ton civarında olduğunu
bildirib.
“Ölkəmizə quş ətinin idxalı, əsasən Ukrayna, Belarus və Rusiya kimi MDB
ölkələrindəndir”, – deyə Mürvət Həsənli qeyd edib.
Ətraflı videosüjetdə: