2018-ci ilin birinci rübündə ölkəyə 14 mln. 125,29 min dollar dəyərində 20 min 338,76 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edilib.
ÇıxışYolu.Com statistik rəqəmlərə istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövründə respublikaya 8 mln. 260,34 min dollar məbləğində 12 min 536,66 ton benzin idxal olunmuşdu.
Bununla da ötən ilin yanvar-mart ayları ilə müqayisədə AI-95 markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 62,2%, dəyər ifadəsində 71% artıb.
2018-ci ilin birinci rübündə “Premium Euro-95” markalı avtomobil benzininin bütün ixrac həcmi Rusiyanın payına düşüb.
Cari ilin birinci rübündə Azərbaycana 304,88 min dollar məbləğində – 349,5 ton “Super Euro-98” markalı benzin idxal olunub. Bunun bütün həcmi Belarusun payına düşüb.
Xatırladaq ki, 2017-ci ilin yanvar-mart aylarında respublikaya 342 min dollar dəyərində 529,48 ton “Super Euro-98” markalı benzin idxal olunmuşdu.
Beləliklə, 2018-ci ilin birinci rübündə bu məhsulun idxal həcmi miqdar ifadəsində 34%, dəyər ifadəsində 10,9% azalıb.