Ölkəyə idxal edilən bəzi məhsullar 15 faiz gömrük rüsumuna cəlb ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycana idxal edilən bəzi məhsullar 15 faiz gömrük rüsumuna cəlb ediləcək.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac
gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, ölkəyə idxal edilən şalot soğanı və digər soğanlar,
qabıqlı və qabığı təmizlənmiş meşə fındığı, xurma, gips, anhidrit, bəzi
keramika məmulatları 15 faiz gömrük rüsumuna cəlb ediləcək.