Ölkəyə idxal olunan ətin həcmi artıb

Ölkəyə idxal olunan ətin həcmi artıb

Baxış sayı: 2. 627 dəfə baxılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bu il Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsullarının siyahısını açıqlayıb.

ÇıxışYolu.Com xidmətə istinadən xəbər verir ki, 2018-ci ilin I rübündə respublikamıza 1430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5623,6 ton quş əti, 1775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2649,1 ton süd məhsulları, 1082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 761 ton mayonez, 4879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5795,2 min ədəd damazlıq yumurta, 25271 baş iribuynuzlu heyvan, o cümlədən 1330 baş damazlıq, 5905 baş kəsim üçün xırdabuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1094,6 ton dondurulmuş balıq, 1775  ton spred yağı, 23500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub.

Heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilib.

Həmçinin, 2018-ci ilin birinci rübü ərzində respublikamızdan 143 min ədəd iribuynuzlu, 254,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 21,2 ton mal əti konservi, 20,9 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş  diri at, 137 ton balıq, 56,4 ton qoyun əti, 14 ton heyvan daxili orqanları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycana ət məhsulları daha çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanadadan gətirilir.

.
www.ÇıxışYolu.Com