Ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi
müəyyənləşir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkəyə gətirilən qızılla bağlı daha bir güzəştin tətbiq edilməsi təklif olunur.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) aktivlərində yerləşdirilməsi üçün ölkəyə idxal olunan qızıl gömrük
rüsumundan azad ediləcək.