Ölkəyə tütün idxalı azalıb, ət artıb

Ölkəyə tütün idxalı azalıb, ət artıb

Baxış sayı: 2. 581 dəfə baxılıb.

Cari ilin aprel ayının 1-nə xarici ticarət dövriyyəsinin həcmi  5 546.14 milyon dollar təşkil edib. 

ÇıxışYolu.Com xəbər verir ki, ixrac 3 355.03 milyon dollar, idxalın həcmi 2 191.11 milyon dollar olub.

İdxal ümumi ixracın 39, 51 faizinə, ixrac 60,49 faizinə bərabər olub. Qeyd edək ki, cari ilin üç ayında 337 milyon 915.07 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

Xatırladaq ki, ötən ilin hesabat dövründə bu rəqəm 298 milyon 557 min dollar təşkil edib. 

Beləliklə, bu ilin üç ayında 13 milyon 207 min dollar dəyərində ət, 2 milyon 628 min dollar dəyərində süd, 20 milyon 692 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar, 49 milyon 992 min dollar dəyərində meyvə-tərəvəz, 11 milyon 857 min dollar dəyərində  çay, 55 milyon 220 min dollar dəyərində buğda, 40 milyon 303 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar, 7 milyon 885 min dollar dəyərində şəkər 23 milyon 761.04 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib. 

Müqayisə üçün qeyd edək ki, ölkəyə ət idxalı ötən ilin müvafiq dövründə 11 milyon 308 min dollar olub. Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 13 milyon 504 min dollar təşkil edib. Göründüyü kimi, hər iki bənd üzrə idxalın həcmi artıb.  

Əvəzində tütün və tütün məmulatlarının idxalı azalıb. Belə ki, ötən ilin müvafiq dövründə bu məhsulların idxalı 30 milyon 247.98 min dollar olub. 

.
www.ÇıxışYolu.Com