ABŞ-ın Los Banos şəhər sakini haqqında öldüyü deyilən övladına 29 sonra qovuşub.
Tina Beharano ilk uşağını 17 yaşında dünyaya gətirib. O, yeni doğulmuş qızına Kristin adını qoyub, ancaq onu heç görməyib.
Belə ki, əvvəlcə anaya qızını xəstəxanadan götürməyi qadağan ediblər, sonra isə körpənin doğuşdan 15 dəqiqə sonra öldüyünə inandırıblar. O vaxtdan 29 il keçməsinə və qadının beş uşağının olmasına baxmayaraq, o Kristinə hər il doğum günü qeyd edib.
2018-ci ildə qadın tanımadığı birindən elektron məktub alıb. Məktubda oğlan şirkətlərdən biri vasitəsilə DNT analizi etdirdiyini və onun oğlu olduğunu öyrəndiyini yazıb.
Məlum olub ki, Kristin sağ qalıb və doğuşdan beş gün sonra Las Veqasdan evli bir cütlük tərəfindən övladlığa götürülüb. O, hazırda cinsiyyətini dəyişdiyini və övladı, həyat yoldaşı ilə birgə Nyu-Cersidə yaşadığını söyləyib.
Tina Beharano hadisəyə belə münasibət bildirib: “Onun cinsini dəyişib -dəyişməməsi mənə maraqlı deyil. Nə fərqi var? O, mənim uşağımdır. Mən onun sağ qalmasına sevinirəm”.