Məşhur rusiyalı teleaparıcı və müğənni Olqa Buzova “Instaqram” səhifəsində yeni video ilə paylaşıb.
Böyük etiraza səbəb olan videoya “Dni.ru” nəzər yetirib.
Kadrlarda göründüyü kimi, ulduz məharətlə əlindəki boşqabı yalayır.
“Budur əsil Olqa Buzova”, – videonu kadrarxası kişi səsi belə şərh edir.
Əvvəlcədən çəkilişdən xəbəri olmayan Buzova sonra gülür və internet istifadəçilərinin etirazına səbəb olan ifadə işlədir: “Nə edim ki dadlıdır! Mən blokadaçıyam!”.
Pərəstişkarlarının fikrincə bunula ulduz Leninqrad blokadasında həlak olanların xatirəsinə hörmətsizlik edib.