Avstraliyada balıqçı ölmüş köpəkbalığını keysəriyyə edərək, yüzə yaxın diri balasını xilas edib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüsü “Daily Mail”in saytında yayılıb.
Metyu Orlov Viktoriya ştatının sularında balıq ovuna çıxıb. Köpəkbalığı onun tilovunun qarmağına keçən zaman hələ sağ olub. Ancaq balıqçı şikarı quruya çıxarana qədər, başqa bir köpəkbalığı ona hücum edərək, bədəninin bir parçasını yeyib.
Balıqçı tələf olmuş balığı motorlu qayığın göyərtəsinə qaldıran zaman, onun qarnında hərəkətin olduğunu görüb.
O, dərhal bıçaqla balığın qarın nayihəsini yararaq, oradan 98 balanı xaric edib və dənizə buraxıb.
Maraqlıdır ki, balıqçı ət zay olmasında deyə, tutduğu köpəkbalığından yemək bişirib və onu ailəsi ilə birgə naharda yeyib.