Ölüm xəbəri yayılan Arzu Rzayev: “Ayıb olsun”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı xəbərlər
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb.
Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin
yayılması ilə bağlı bunları söyləyib:
“Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayılıblar. Səhərdən mənim bu nömrəmə
nə qədər insan zəng edib. Ölkə xaricindən – İsraildən və Türkiyədən dostlarım
şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək
sözüm var: “Sizə ayıb olsun”. Mən sağam… Amma bilmək olmaz bir saniyədən
sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi
olsun”.