997a19fc-efe0-4cfc-a79b-dab7d57816af..jpg

Ölüm xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir”

Baxış sayı: 416 dəfə baxılıb.

Ölüm xəbəri yayılan Əməkdar artist: “Səhər tezdən hamı evimə gəlir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını
da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib
gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?”

Bunu “Qaynarinfo”ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm
xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb:

“Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olublar.
Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu
insanlar bəd xəbəri xoşlayırlar”.

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

“Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına
yaşayacağam”.

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif
Mustafayevin ölüm xəbəri yayılıb.

Source link