Ölümcül sunamiyə “mavi”lər səbəb olub

Baxış sayı: 2. 857 dəfə baxılıb.

Ölümcül sunamiyə “mavi”lər səbəb olub

İndoneziyada bir müddət öncə baş verən zəlzələ və sunami “mavi”lərin cəzalandırılması üçün meydana gəlib. 

ÇıxışYolu.Com Lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Malaziya müxalifətinin lideri Əhməd Zahid Həmidi deyib. 

Siyasətçi parlamentdə çıxışı zamanı Malaziyada cinsi azlıqların artmasına diqqət çəkib. Onun sözlərinə görə, sunaminin vurduğu Palu şəhərində mindən çox cinsi azlığın nümayəndəsi yaşayıb.

“Nəticədə bütün şəhər yerlə-yeksan oldu. Bununla Allah onları cəzalandırdı”, – Əhməd Zahid bildirib. 

Onun bu fikirləri tənqidə səbəb olub. Deputatlar müxalifət liderini “axmaq və məsuliyyətsiz” adlandırıb. 

Xatırladaq ki, sentyabrın 28-də İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib. Daha sonra sunami baş verib. Hadisə nəticəsində iki mindən çox insan ölüb, mindən çox insan isə itkin düşüb.

www.ÇıxışYolu.Com