Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

Baxış sayı: 2. 265 dəfə baxılıb.

Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İngiltərənin Devonşir qraflığının sakinləri xəstə kişi və sevgilisi üçün toy təşkil edib.

Bu barədə yerli “Devon Live” qəzeti məlumat yayıb.

27 yaşlı bəy Mayles Harrison və 29 yaşlı gəlin Liz altı illik münasibətdən sonra evləniblər.

Yerli təşkilatçılardan biri toyun təşkili və bal ayını öz öhdəsinə götürüb.

Belə ki, Maylesə 18 yaşında beyin şişi diaqnozu qoyulub. Britaniyalı çox sayda əməliyyat keçirib, müalicə alsa da, keçən il onun vəziyyəti kritikləşib. Həkimlər xərçəngin son mərhələyə çatdığı qənaətinə gəliblər.

Kədərli xəbəri aldıqdan sonra Mayles sevgilisinə evlilik təklif edib: “Mən həmişə onunla evlənmək istəmişəm. Tanış olduğumuz gündən bəri Liz heç vaxt dəyişməyib”.

Sevgili Liz isə təklifə müsbət cavab verib.

Cütlük bütün pulu Maylesin müalicəsinə sərf etdiyindən toy mərasimi təşkil etməyi planlaşdırmayıb. Lakin “North Devon Wedding Planner” jurnalı təşkilatçılığı öz öhdəsinə götürüb və iki həftəyə cütlüyə nağıl kimi toy təşkil olunmasına yardım edib.