b11d2926-a0b8-44c3-af60-de1619b51e04..jpg

Ölümcül xəstəliyə yoluxan müğənninin səhhəti pisləşib? – AÇIQLAMA

Baxış sayı: 1. 343 dəfə baxılıb.

Ölümcül xəstəliyə yoluxan müğənninin səhhəti pisləşib? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”.

Bu barədə Cixisyolu.com-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.

O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:

“Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda
yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb.
Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”.

Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin
pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı
və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.

Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.

Nəzrin Vahid

Source link