Ölümün bir addımlığında: sahə müvəkkili öz həyatı bahasına intiharın qarşısını necə aldığından danışdı

Ölümün bir addımlığında: sahə müvəkkili öz həyatı bahasına intiharın qarşısını necə aldığından danışdı

Baxış sayı: 1. 945 dəfə baxılıb.

Ölümün bir addımlığında: sahə müvəkkili öz həyatı bahasına intiharın qarşısını necə aldığından danışdı

Bakıda yeni binalardan birinin damında intihara təşəbbüs baş verib. Hadisənin qarşısını almağa çalışan sahə müvəkkili həyatı üçün təhlükə yaranıb.

ÇıxışYolu.Com bir neçə gün əvvəl xəbər vermişdi ki, oktyabrın 9-da saat 22:00 radələrində Bakının Nərimanov rayonunda 18-ci polis bölməsinin əməkdaşları Əliəşrəf Əlizadə küçəsindəki 17 mərtəbəli yaşayış binasının damında 1998-ci il təvəllüdlü İran vətəndaşı Səidrza Toulounun intiharının qarşısını alıb.

Gəncin xilaskarı 18-ci bölmənin sahə müvəkkili, polis kapitanı Məmmədov Aydın Bəylər oğlu olub. O baş verənləri belə şərh edib:

“Touloun psixotrop maddələr istifadə etdiyi üçün özündə olmayıb. Ailəsinə intihar edəcəyini söyləyərək evdən gedib. Bu barədə məlumat daxil olan kimi əməliyyatçılar və mən onu axtardıq. Sonda 61 nömrəli binaya gəldik. Belə ki, Touloun əvvəl kirayə qaldıqları evə gəlibmiş”.

Polis əməkdaşları və ev sakinləri vaxt itirməmək üçün müxtəlif bloklardan dama qalxmaq üçün qruplara bölünüblər:

“Mən və başqa biri liftdən çıxıb pilləkənlərlə damın üstünə qalxdıq. Əvvəlcə heç kimi tapmadıq, çünki Touloun bizi görərək dərhal gizləndi. Heç kimin olmadığına inanaraq oranı tərk edirdik. Ancaq qəfildən damdan səs eşitdik və onun orada olduğunu anladıq”.

İranlı artıq binanın kənarında dayanmışdı. A.Məmmədov deyir ki, özü tullanaraq Toulounun ayağından necə tutduğunu anlamayıb:

“İki saniyə geciksəm, o artıq özünü atmışdı. Oğlanı dama çəkmək üçün çətinliklə ayaqda qala bildim. Güclü külək əsirdi, üç sıralıq kərpic maneəsi olmasaydı, mən də onunla birlikdə aşağı düşərdim. Xoşbəxtlikdən sakinlər mənim köməyimə gəldi”.

İranlı huşunu itirib və polislər ona kömək edib. S.Touloun Respublika Toksikologiya Mərkəzinə aparılıb.

“Həkimlər xəstəyə lazımi yardım göstərdilər və zərərçəkənin Maştağa kəndindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi zərurəti barədə qərar verdilər”, – deyə sahə müvəkkili bildirib.

Ramella İbrahimxəlilova