5f1e61e2-7ae2-4d3b-8403-27f11b336b72..jpg

Ölümündən sonra üç medalla təltif edilən şəhidimizin SON SÖZLƏRİ – VİDEO

Baxış sayı: 472 dəfə baxılıb.

Ölümündən sonra üç medalla təltif edilən şəhidimizin SON SÖZLƏRİ – VİDEO

Baku TV Vətən müharibəsində qəhrəmancasına şəhid olan Vüsal Dəmirovun ailəsini
ziyarət edib.

Şəhidin anası Nüşabə Dəmirova Vüsalın dostları vasitəsilə ona çatdırdığı son
sözündən danışıb:

“Dostları müharibədən gələndə Vüsalın son sözünü çatdırdılar. Vurulanda Tahir
adlı dostunu çağırıb ki, anama deyərsən, onu şəhid anası etdim. Başını uca
tutsun”.

Şəhidin bacısı Vüsalə Dəmirova isə qardaşı ilə bağlı xatirələrindən bəhs edib:

“Mənə həm ata, həm də qardaş olub. İkimiz də cüdoçu idik, birlikdə idmana
gedirdik. Nəinki üzülməyə, gözümdən bir damla yaş çıxmağına belə imkan
verməzdi”.

Qeyd edək ki, Vüsal Dəmirov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad
olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.


Source link