eb10fb02-16ba-4577-8dc1-7a7d8321c9cb..jpg

Ombudsman Ağdamda tapılan məzarlıqla bağlı beynəlxalq ictmaiyyətə müraciət edib – YENİLƏNİB + VİDEO

Baxış sayı: 727 dəfə baxılıb.

Ombudsman Ağdamda tapılan məzarlıqla bağlı beynəlxalq ictmaiyyətə müraciət
edib – YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva Ağdam rayonunun Ergi düzü adlanan ərazisində tapılan məzarlıqla bağlı
beynəlxalq ictmaiyyətə müraciət edib.

Cixisyolu.com-ın məlumatına görə, sənəddə bildirilir:

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən geniş bərpa
və quruculuq işləri əsasında aparılan qazıntı və tikinti işləri zamanı
təəssüflə qeyd etmək istərdik ki, erməni vandalizminin qurbanı olmuş insanların
qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar aşkar edilməkdədir. Ağdam
rayonunun Ergi düzü adlanan ərazidə aparılan qazıntı işləri zaman insan
skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş
olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır. Belə ki, bundan
öncə də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda
aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi
dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək
müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən
azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilib”.

Müraciətdə vurğulanır ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan
itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir,
işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq
xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur: “Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha
dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan
tərəfindən itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq
gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq
xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş
etdirməyə çağırıram”.

09:24

Ağdamda insan skeletinə bənzər qalıqların aşkar edilməsi ilə bağlı araşdırma
başlanılıb.

Bunu Cixisyolu.com-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin
rəhbəriSaleh Hacıyev bildirib.

O bildirib ki, məsələ barədə Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

08:53

Ağdamda insan skeletinə bənzər qalıqlar aşkar edilib.

APA xəbər verir ki, Ağdam rayon, “Ergi düzü” adlanan ərazidə Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları
tərəfindən qazıntı işləri aparılan zaman insan skeletinə bənzər qalıqlar aşkar
edilib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət


Source link