946b4516-af4f-494b-a4b4-23a0f2f4e183..jpg

Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini Miyatoviçlə müzakirə edib

Baxış sayı: 699 dəfə baxılıb.

Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini
Miyatoviçlə müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ bu
yaxında Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə
komissarının qarşısında qaldırılıb”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) jurnalistlərə açıqlamasında bildirib.

“Gözləyirik ki, tez bir zamanda xəbər alaq”, – Ombudsman qeyd edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla
sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən
Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil
oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan
tərəfindən əsir götürülüb, saxta ittihamlarla qanunsuz olaraq həbs olunublar.

Source link