fc8eb538-cd97-44d2-80ed-2d68877af412..jpg

Ombudsman Füzulidə baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb

Baxış sayı: 438 dəfə baxılıb.

Ombudsman Füzulidə baş vermiş mina hadisəsi ilə bağlı məlumat yayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Füzuli
rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində
bir mülki şəxsin həlak olması, birinin isə yaralanması ilə bağlı məlumat yayıb.

Ombudsman Aparatından verilən xəbərə görə, məlumatda deyilir:

“Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş
Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak
olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki
şəxslər üstünlük təşkil edir.

Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq
sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən
davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını
ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu
səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və
uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda
işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur.

Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi
naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin
məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıram”.

Source link