“İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, Ombudsmanın illik məruzəsi prezidentə təqdim edilib, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
“Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2017-ci il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
İllik məruzənin aprelin 24-də Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com