Ombudsman Psixi sağlamlıq sahəsində Milli Strategiyaya yenidən baxılmasını
təklif edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda əhalinin müxtəlif qruplarının psixi sağlamlığının
yaxşılaşdırılması, bu sahədə məlumatlılıq səviyyəsinin artırılması
istiqamətində zəruri tədbirlər görülür, ayrı-seçkilik hallarına qarşı mübarizə
gücləndirilir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) deyib.
O qeyd edib ki, Ombudsman təsisatı bu sahədə müvafiq dövlət orqanları
tərəfindən həyata keçirilən tədbirləri, proqram və layihələri davamlı olaraq
izləyir, müvafiq təhlillər aparır:
“Hesab edirəm ki, toplanmış məlumatlar əsasında Psixi sağlamlıq sahəsində
Milli Strategiyaya da yenidən baxılması düzgün olar.
Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə peşəkar və
ixtisaslaşmış tibbi, o cümlədən psixiatrik yardımla təmin olunmaları ən vacib
məsələlərdən biri kimi qeyd edilməlidir. Ombudsman təsisatı olaraq bu məsələ
bizim də diqqətimizdədir”.