Azərbaycanda prezident seçkilərində seçicilər arasında səsvermə prosesi aktivdir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu prezident seçkilərində səs verən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.
E.Süleymanova seçkilərin təşkilinin uzunmüddətli proses olduğunu bildirib:
“Qeyd etməliyik ki, seçkilərin uğurlu təşkili son aylar deyil, illərlə təkmilləşdirilmiş prosesdir”.
Ombudsman qeyd edib ki, Azərbaycanın qanunvericiliyi, Seçki Məcəlləsi Venesiya Komissiyasının tövsiyələri ilə hər il təkmilləşdirilir:
“Bizim əməkdaşlarımız da müstəqil müşahidəçi kimi praktiki olaraq ölkənin bütün rayonlarında iştirak edirlər”.
O əlavə edib ki, hazırda seçicilər arasında səsvermə prosesi aktivdir:
“Sevindirici haldır ki, seçkiləri müxtəlif ölkələrdən bir çox müşahidəçilər izləyir.
Düşünürəm ki, bu onların Azərbaycanda seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi ilə tanış olması üçün yaxşı imkan olacaq”.