Ermənistanın ombudsmeni Arman Tatoyan «Yerevan-Kentron» Cinayət İslah Müəssisəsində (CİM) bu gecə həbs edilən Ermənistanın ikinci prezidenti Robert Koçaryanla görüşüb.
ÇıxışYolu.Com xəbər verir ki, Tatoyan Koçaryanla söhbət edib, onun saxlanma şəraiti ilə tanış olub, yerindəcə bəzi məsələlər həll edilib.
Ermənistanın ikinci prezidenti CİM əməkdaşlarından narazılığını ifadə etməyib.