Fransalı alimlər qanda zərərli xolesterin miqdarını aşağı salan və insult, infarkt riskini 15 faizi azaldan preparat yaradıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MedicalXpress”in pres-relizində qeyd olunur.
“Alirokumab” adlı bu preparat eyni zamanda erkən ölüm riskini aradan qaldıraraq, ömrün uzanmasına xidmət edir.
Dərman immun sistemini qaraciyərin aşağı sıxlıqlı lipoproteinlərin formalaşmasına cavab verən spesifik zülalına qarşı “hücuma” yönəldən “PCSK9” inhibitorlar sinfindəndir.
Sınaqlarda bu dərmanı iki il ərzində qəbul edən, orqanizmində yüksək xolesterin miqdarı olan insanlarda erkən ölüm riski 29 faiz azalıb.
Xolesterin – qan tərkibində lipoproteinlər şəklində olan yağlı spirtdir. Aşağı sıxlıqlı lipoproteinlər nazik damarların bloklanmasına gətirib çıxarır ki, bu da əksər hallarda ürək-damar sisteminin pozuntularına səbəb olur.