Ömrü uzatmağın yeni yolu tapıldı

Ömrü uzatmağın yeni yolu tapıldı

Baxış sayı: 2. 380 dəfə baxılıb.

Avstraliyanın Sidney universitetinin alimləri belə qənaətə gəliblər ki, sürətli yürüş asta yerişə nisbətən ömrün uzun olmasına daha effektiv təsir göstərir. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “MedicalXpress”da yerləşdirilmiş press-relizdə məlumat verilib. 

Mütəxəssislər  1994-2008-ci illərdə 50225 insan üzərində aparılan araşdırmaları analiz ediblər.  

İştirakçılar gəzinti zamanı hansı sürətdə hərəkət etmələri ilə bağlı məlumat veriblər, alimlər isə bu məlumat üzərində araşdırmalar aparıblar. 

Məlum olub ki, orta tempdə gəzmək asta gəzintiyə nisbətən istənilən səbəbdən ölüm riskini 20 faiz azaldır. Sürətli yürüş isə bu riski 24 faiz azaldır.

www.ÇıxışYolu.Com