50bc9ead-36ab-4de4-b7bf-703afc01392f..jpg

Ömrünü Azərbaycan futboluna həsr edən Banişevskinin adını daşıyan “stadion” – FOTO

Baxış sayı: 902 dəfə baxılıb.

Ömrünü Azərbaycan futboluna həsr edən Banişevskinin adını daşıyan “stadion” –
FOTO

Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin doğum günüdür.

Cixisyolu.com xatırladır ki, A.Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü
Polşaya gedib çıxan ukraynalının ailəsində dünyaya gəlib.

O, heç vaxt Azərbaycanı şöhrətə dəyişməyib və bu sədaqəti ilə azarkeşlərin
sevimlisinə çevrilib. Banişevskinin dillər əzbəri olan, hazırda da “Neftçi”nin
ev oyunlarını keçirdiyi “Bakcell Arena”dakı paltardəyişmə otağının qarşısına
həkk edilən aşağıdakı frazası onun şəxsiyyətini aydın ifadə edir:

“Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz
minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni
seçərdim”.

Şəkərli diabetdən əziyyət çəkən Anatoli Banişevski 1997-ci il dekabrın 10-da
Bakıda vəfat edib. Ömrünü Azərbaycan futboluna həsr edən Banişevski sanki
unudulub. Ara-sıra onun adının stadionlardan birinə verilməsi məsələsi
aktuallaşsa da, indiyə qədər ortada nəticə yoxdur.

Əslində, Banişevskinin adını daşıyan stadion var. Yaxud da var idi. Söhbət
Masallı şəhər stadionundan gedir. Bir vaxtlar “Viləş”in rəqiblərini qəbul
etdiyi arenaya indi stadion demək üçün 100 şahid lazımdır.

Oradakı hazırkı vəziyyəti təsvir edən fotolardan özünüz də bunu görəcəksiniz:

Vaqif Verdiyev

Source link