Azərbaycanın İraqdakı Səfirliyi üç azərbaycanlı qadının İŞİD terror təşkilatı ilə əlaqədə olduğu üçün ömürlük həbs cəzası alması xəbərini təkzib edib.
Azərbaycanın İraqdakı Səfirliyindən ÇıxışYolu.Com-a verilən açıqlamada bu informasiyanın həqiqətə uyğun olmadığı bildirilib.
“KİV-də hər cür məlumat dərc edilə bilər. Biz bu ölkənin rəsmi qurumları ilə əlaqədəyik. Azərbaycana aid nəsə baş versə, bizim məlumatımız olar.
Bizdə belə bir informasiya yoxdur. Bu məlumatları təkzib edirik”, – səfirlikdən bildiriblər.
Qeyd edək ki, bəzi dünya KİV-ləri üç Türkiyə, üç Azərbaycan, bir Özbəkistan və bir Suriya vətəndaşının İŞİD-ə qoşulmaqda ittiham edilərək, həbs olunması ilə bağlı məlumat yayıb.
Əli Məmmədov
www.ÇıxışYolu.Com