Ömürlük həbs olunan qatilin etirafı: Ana-balanın ikisini də öldürdüm - VİDEO

Ömürlük həbs olunan qatilin etirafı: Ana-balanın ikisini də öldürdüm – VİDEO

Baxış sayı: 3. 297 dəfə baxılıb.

ARB TV-nin “Rezonans” verilişində bu dəfə Bəxtiyar Cəfərovun həbsxana hekayələrindən bəhs olunub.

ÇıxışYolu.Com Bəxtiyar Cəfərovun ömür hekayəsini təqdim edir:

“Mingəçevirdə doğulmuşam. Rusiyada yaşayırdım. Qarabağ döyüşləri zamanı silah alıb evə qoymuşdum ki, özümü, ailəmi qoruyum. Evimi axtarıb silahı tapdılar və mənim azərbaycanlıları silahlandırdığım damğası ilə həbs etdilər. 2 il həbs cəzası aldım. Ust-Kut şəhərinin rəisinin qızını oğurlamaq böhtanı ilə məni yenidən həbsə atdılar. Bu dəfə 9 il iş verdilər. O cəzanın il yarımını çəkib, girovla azadlığa çıxdım.

Bundan sonra vətənimə qayıtdım. Qonşuluqda ana-bala ailə yaşayır. Bunu deyən dostum demişdi ki, orada qızıl-pul var. Mən də getməmişdən öncə maraqlandım, dostum dedi ki, balası evdə olmayanda anasına hədə-qorxu gəlib almaq olar. Getdim onlara və hər ikisi evdə idi. Özüm o hadisədə şikəst qaldım.

Barmaqlarımın 4-ü kəsildi, 2-si sağaldı, 2-si şikəst qaldı. Özüm 3 bıçaq yarası aldım, onları isə çoxsaylı bıçaq zərbələri ilə öldürdüm. Güllə qorxusunda, ölüm anında olan insan Allaha daha yaxın olur. Mən tövbə edib ibadətə başladım.

Hiss elədim ki, o vaxtkı mən, məndən uzaqlaşdı. Ölüm hökmünə layiq görüldüm, amma o da ömürlük həbslə əvəzləndi. 10 fevral 1998-ci ili artıq mən ad günü kimi qeyd edirəm. Ölüm hökmünün ləğv olduğu gün mənim doğum günümdür. 3 il qorxu içində güllələnməyimi gözlədim. 23 ildir ki, həbsxanadayam.

Nə gələnim var, nə gedənim. Bir gün azadlıqda olmaq üçün yerdə qalan ömrümü fəda edərdim. Qohumlarım zəngimə belə cavab vermir. Ailəm Rusiyadadır, elə bilirlər ölmüşəm. Bəlkə bu verilişə baxıb gördülər.

Onlardan səsimə səs vermələrini rica edirəm”.

www.ÇıxışYolu.Com