617e0e5a-5667-453f-8613-cb5175941015..jpg

Ömürlük məhkum kamera yoldaşını öldürüb

Baxış sayı: 870 dəfə baxılıb.

Ömürlük məhkum kamera yoldaşını öldürüb

Ömürlük məhkum Zahidi Kəhriz Abbasov kamera yoldaşını qətlə yetirib.

APA xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

29 ildir məhkum həyatı yaşayan Zahidi Kəhriz Abbasov mübahisə zəminində eyni
kamerada saxlanıldığı Oleq Surxayeviç Abişevə ağır bədən xəsarətləri yetirib.
Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Zahidi Kəhriz Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti
ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun
sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, Zahidi Kəhriz Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə
ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda
yerləşən qapalı həbsxanaya köçürülüb.

Source link