1e41c08c-9ec2-4da9-ba39-8a5f163e4a12..jpg

“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu verilib”

Baxış sayı: 687 dəfə baxılıb.

“On ay ərzində 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti statusu
verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti
statusu verilib”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin
(İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Bakıda keçirilən “Dayanıqlı maliyyə
və investisiya” mövzusunda II Bakı Forumunda jurnalistlərə açıqlamasında
bildirib.

“Sənaye zonalarında mövcud biznes imkanları və investisiya mühiti
sahibkarların marağının bu zonalara böyük olmasına gətirib çıxarır. Belə ki,
2023-cü ilin 10 ayında 21 sahibkarlıq subyektinə sənaye zonalarının rezidenti
statusu verilib.

Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye zonalarının rezidenti
olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən bir neçə layihəyə baxılır.
Bu layihələrə mebel məhsullarının, inşaat materiallarının, müxtəlif təyinatlı
dərman vasitələrinin, ayaqqabı və s. məhsulların istehsalını göstərmək olar.
Yaxın vaxtlarda onlara da sənaye zonalarının rezidenti statusunun verilməsi
planlaşdırılır”.

Nəzrin Vahid

Source link