15327272-9c5a-4489-b242-0df217006345..jpg

On ay ərzində Azərbaycanda içki və tütün məhsullarına nə qədər pul xərclənib?

Baxış sayı: 599 dəfə baxılıb.

On ay ərzində Azərbaycanda içki və tütün məhsullarına nə qədər pul xərclənib?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 46 173,2 milyon manatlıq, o cümlədən 25 833,9 milyon manatlıq
ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 339,3 milyon manatlıq
qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və
tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 4,9% artıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə
ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7%-i ərzaq
məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 14,0%-i toxuculuq
məhsulları, geyim və ayaqqabıların, 5,5%-i avtomobil benzini və dizel
yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları
və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 16,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf
olunub.

Source link